Maşınqayırma Zavodundakı partlayışda xəsarət alanların sayı 19 nəfərə çatıb

Çexiyanın şimal-şərqində yerləşən Şimali Moraviya əyalətindəki Poliçka şəhərində Maşınqayırma Zavodunda baş vermiş partlayışda xəsarət alanların sayı 19 nəfərə çatıb. Bu barədə "TASS" agentliyinə ölkənin yanğın idarəsinin rəsmisi Aleş Çernoqorsk məlumat verib. Məlumatda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar arasında yanğınsöndürənlər də var.
Qeyd edək ki, zavodda içərisi partlayıcı dolu ilə çən partlayıb. Müəssisənin ərazisində yanğının qarşısını almaq üçün 12 yanğınsöndürmə briqadası cəlb edilib.
***17:47
Çexiyanın şimal-şərqində yerləşən Şimali Moraviya əyalətindəki Poliçka şəhərində Maşınqayırma Zavodunda partlayış baş verib. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Polisdən verilən məlumata görə, içərisi partlayıcı dolu ilə çən partlayıb, 12 yaralıdan 3-nün vəziyyəti ağırdır. Bildirilib ki, müəssisənin ərazisində yanğın olub və alovun qarşısını almaq üçün 12 yanğınsöndürmə briqadası cəlb edilib. Polis məmuru Qan Kayzerovun verdiyi məlumata görə, hələlik yanğını tam söndürmək olmayıb, zavodun sexlərində maye təbii qaz və digər partlayıcı maddələr olduğundan ara-sıra partlayış səsləri gəlir.
Report
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












