Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur - FOTO

Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, yenidən qurulan yolun uzunluğu 8,3 km təşkil edir.
“Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir. Yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.
Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilir. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılır. Yolun hərəkət hissəsi hazır olan hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə, yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınacaq”, - məlumatda qeyd olunub.
Bildirilib ki, texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
“Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.
Tikinti-quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün ərazidə lazımi sayda qüvvə toplanıb”.
Qeyd edək ki, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18,7 km olan daha 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












