Məbləği 15 min manatdan artıq daşınar əmlakın alınmasında YENİ QAYDA

Gündəm 16 Dekabr 2022 15:14
Məbləği 15 min manatdan artıq daşınar əmlakın alınmasında YENİ QAYDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.16-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
 

Oxunub : 960
ŞƏRH YAZ
Ad

E-mail

Şərh