“Məcburən döyüb, basdıq maşına” - Rüfəti videoya çəkən şəxslər

Bakı Apelyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etməkdə, hədə-qorxu gəlməkdə təqsirləndirilənlər Fuad Şükürov, Elnur Şükürov, Elman Əhmədov və Adil Lətifovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. İttihama görə, Biləcəri qəsəbəsinin ərazisində bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla “Nissan” markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər. Fuad Şükürov istintaqa ifadəsində deyib ki, R.Camalovla avtovağzal dairəsində görüşüblər: “Məcburən döyüb, basdıq maşına. Gecə dağılışanda yanımdakı taksi şoferinə dedim ki, bunu aparıb evinə çatdıraq”. Adil Lətifov da deyib ki, onu Fuad çağırıb: “Dedi ki, Biləcəriyə getməliyik, adam var, bankdan pul çıxaracağıq. Oğlan gəldi, döyüb basdılar maşına. Ondan sonra da aparıblar kafeyə”. Əvvəllər məhkum olunmuşlar - F.Şükürov, E.Şükürov və E.Əhmədov həmçinin özlərini vəzifəli şəxs kimi təqdim edərək başqa bir şəxsdən 1300 manat pul tələb ediblər. Onlar Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Şükürov 12 il, E.Şükürov 11 il, A.Lətifovun 10 il 6 ay və E.Əhmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










