MEDİA-da Anım Gününə ilə bağlı tədbir keçirilib - FOTO

Sentyabrın 27-də Medianın İnkişafı Agentliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib.
Tədbiri açan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə müasir Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoymaqla yanaşı, həm də xalqımızın əzm və iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dövründə media nümayəndələrinin əzmkar fəaliyyətini xüsusi qeyd edən icraçı direktor Azərbaycan jurnalistlərinin yerli ictimaiyyətin dəqiq və qərəzsiz informasiya ilə təmin edilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı müstəsna rolu diqqətə çatdırıb.
Agentliyin icraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, məhz bu gün tariximizdə əksini tapan milli həmrəyliyin və birliyin simvolu olmaqla yanaşı, həm də xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin əzəmətli göstəricisidir. O vurğulayıb ki, şəhidlərimizin canı və qanı bahasına qazanılmış Zəfər, Azərbaycan cəmiyyətinin gələcək inkişaf yolunda həm məsuliyyət, həm də ilham mənbəyidir.
Daha sonra Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək bildirib ki, Anım Günü yalnız qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi deyil, eyni zamanda, Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik ideyalarında və azadlıq uğrunda mübarizə tarixində əbədi iz buraxmış bir gündür. Onun sözlərinə görə, medianın üzərinə düşən əsas vəzifələrdən biri də məhz həmin qəhrəmanlıq salnaməsini geniş işıqlandırmaq, şəhidlərin əziz xatirəsini daim uca tutmaq və onların mübarizə ruhunu gələcək nəsillərə ötürməkdən ibarətdir.
Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev isə Vətən müharibəsi dövründə informasiya cəbhəsində çalışan jurnalistlərin fəaliyyətinə toxunub. O qeyd edib ki, media nümayəndələri yalnız arxa cəbhədə deyil, ön xətdə də fəaliyyət göstərərək, həm ölkə ictimaiyyətini operativ və dəqiq məlumatlarla təmin edib, həm də Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqla informasiya müharibəsində mühüm nailiyyətlər qazanıblar.
Daha sonra Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkına gəlib, Zəfər abidəsinin önünə gül dəstələri düzüb.



Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Prezident Sülh Şurasının ilk iclasında iştirak edir - FOTOLAR
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu










