MEDİA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Bu gün Medianın İnkişafı Agentliyində (MEDİA) II Azərbaycan – Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə Avtosfer.az-a Medianın İnkişafı Agentliyindən məlumat verib.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sferasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələrin təşkili, həmçinin peşəkar kadrların inkişafına yönəlmiş təşəbbüslər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin medianın inkişafı sahəsində də mühüm nəticələr verdiyini qeyd edib, informasiya mübadiləsinin intensivləşməsi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ənənəvi media forumlar iki qardaş ölkənin media sahəsində yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və gələcək hədəfləri birgə planlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA





















