MEDİA-da Qazaxıstanla media savadlılığı və təcrübə mübadiləsi müzakirə olunub

Dekabrın 16-da Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.
MEDİA-dan Avtosfer.az-a bildirilib ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bu gündən etibarən başlayan “Media Savadlılığı” Həftəsi haqqında məlumat verərək həftənin cəmiyyətdə media savadlılığının artırılmasına, uğurlu beynəlxalq təcrübələrin öyrənilməsinə yönəldiyini vurğulayıb. O, həmçinin həssas istifadəçi qrupu hesab olunan yeniyetmə və gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, eyni zamanda, məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliği məqsədilə bir sıra tədbir və layihələrin həyata keçiriləcəyini qeyd edib.
Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsinin direktor müavini Dmtriy Qoloburda isə “Media Savadlılığı” Həftəsinin məqsəd və əhəmiyyətini yüksək qiymətləndirərək informasiya bolluğu dövründə doğru məlumatın seçilməsi və yayılmasının vacibliyini vurğulayıb, hər iki ölkə arasında media sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması üçün birgə layihələrin həyata keçirilməsinin böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər
188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər
Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT
İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər – AÇIQLAMA
Ağacın arxasında görünməz qalan svetofor və nişan işıq üzünə çıxdı - FOTO
Bu ərazilərə qar yağır
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR









