Media əməkdaşları ədəbi dil normalarına əməl etməlidirlər - Əhməd İsmayılov

"Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətin diqqət mərkəzindədir. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi qeyd etməsi, həmçinin bir müddət öncəki müsahibəsində bir daha bu vacib məqama toxunması medianın qarşısında daha böyük öhdəliklər qoyur".
Avtosfer.az xəbər verir ki, bu sözləri "Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində" mövzulu elmi-praktik konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir.
"Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Amma ölkə mediasının digər seqmentlərində də ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün eyni dərəcədə aktualdır. Artıq Mətbuat Şurasında Dil Komissiyası yaradılıb. Ölkə mediasının sistemli monitorinqinin aparılmasının bu sahədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəyinə əminik.
Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biri də dövlət dilimizin mediada düzgün istifadə edilməsi prosesinə həssas yanaşmaqdan, bu sahədə jurnalist peşəkarlığının artırılmasına təkan verməkdən ibarətdir", - deyə icraçı direktor vurğulayıb.
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ










