Media Reyestri fəaliyyətə başladı - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulub. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Media Reyestri şəhadətnaməsi və jurnalist vəsiqəsinin forması, həmçinin jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilmiş, bununla da Media Reyestrinin hüquqi təminatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşıb.
Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatmış və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb.
Media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən “ASAN Login” vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.
Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla buradan https://youtu.be/0d_ibcDUYOk tanış ola bilərsiniz. Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin “Tez-tez verilən suallar” bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO










