Media və QHT rəhbərləri Ağdam Dram Teatrında olublar, məscidi ziyarət ediblər - FOTO - VİDEO
Gündəm
13 Mart 2021 17:30
Oxunub 3960

Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdədirlər.
Avtosfer.az-ın səfərdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hazırda Ağdam şəhərində olan nümayəndə heyəti Ağdam Dram Teatrının yerləşdiyi əraziyə baş çəkiblər, teatrın erməni vandalları tərəfindən dağıdılan binasının qalıqlarına baxıblar.
Media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar daha sonra Ağdam Cümə məscidini ziyarət ediblər və dualar oxuyublar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR





















