Medianın İnkişafı Agentliyində Çin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Noyabrın 16-da Medianın İnkişafı Agentliyində COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində informasiya və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tərəfdaşlığın qurulması ilə bağlı bir sıra məsələlərə toxunub, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” çərçivəsində müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsinin vacibliyini vurğulayıb.
Çin Qitələrarası Kommunikasiya Mərkəzinin direktor müavini Cui Binzhen isə hər iki ölkə arasında sözügedən sahədə mövcud potensialın artırılması üçün müxtəlif platformalar vasitəsilə əlaqələrin dərinləşdirilməsinin, jurnalistlər və media mütəxəssisləri arasında birgə təlim proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib, dezinformasiyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib













