Medianın İnkişafı Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib - FOTO

İyulun 25-də “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar mediatur çərçivəsində Medianın İnkişafı Agentliyində sözügedən ölkənin Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəsmiləri və bir sıra media subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Medianın İnkişafı Agentliyindən Avtosfer.az-a bildirilib ki, görüşdə icraçı direktorun müavini Natiq Məmmədli qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayaraq, 2-ci Şuşa Qlobal Media Forumunda sözügedən məsələ barədə aparılan müzakirələrin nəticələri ilə bağlı qonaqlara məlumat verib.
Özbəkistandan olan nümayəndə heyəti isə media sahəsində qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, uzunmüddətli səmərəli tərəfdaşlıq və kommunikasiyanın qurulması, mövcud əlaqələrin davamlı inkişafının vacibliyini diqqətə çatdırıb.


Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











