Məhəllə sakinləri evlərindən NİYƏ ÇIXARILIR? - VİDEO

Sakinlərdən uzun illərdir yaşadıqları evlərindən çıxmaları tələb olunur.
Avtosfer.az xəbər verir ki, söhbət Sumqayıtdakı "Betonzavod" kimi tanınan ərazidə yerləşən gecəqondu məhəlləsindən gedir.
Burada sakinlər iddia edirlər ki, onlara ərazini alan sahibkarın müraciəti əsasında bir günün içərisində məhkəmə bildirişi gəlib və evlərini tərk etmələri tələb olunub. Gözlənilməz halla rastlaşan sakinlər indiyədək heç kəsin onlara bununla bağlı xəbərdarlıq etmədiyini deyirlər.
Sakinlərin sözlərinə görə, ərazini alan sahibkarı tanımırlar və heç vaxt onun üzünü görməyiblər.
Sumqayıt şəhər Bələdiyyəsinin ərazi üzrə 1 saylı inşaatçı məhəllə komitəsinin sədri Gülnarə Ağayeva da sahibkarı tanımadığını və hər şeyin gözlənilmədən baş verdiyini bildirib.
Məsələ ilə bağlı ərazini aldığı deyilən sahibkarın vəkili Nizami İbrahimov bildirib ki, oradakilar gecəqondudur, yəni qanunsuz tikililərdir. Ona görə də məhkəməyə müraciət olunub və sakinlərin şəxsi ərazidən çıxarılması tələbi qoyulub.
Vəkilin sözlərinə görə, sakinlərə heç bir kompensasiya ödənişi nəzərdə tutulmayıb.
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub










