Məhərrəm Əliyev də postunu itirdi

Prezident Administrasiyasında həyata keçirilən islahatlar nəticəsində vəzifəsini itirənlər sırasında Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev də var. Avtosfer.az gununsesi.info-ya istinadən xəbər verir ki, Prezident Administrasiyasında yeni yaradılan struktura əsasən Prezidentin müdafiə məsələləri üzrə köməkçisi və müdafiə məsələləri şöbəsi ləğv olunaraq, yeni şöbə – Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri strukturu yaradılıb. Bu vəzifəyə isə Fuad Ələsgərov təyinat alıb. Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevlə yanaşı, Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev kənarda qalıb. Onların adı yeni təyinat alanlar sırasında deyil.
Qeyd edək ki, Məhərrəm Əliyev bu vəzifədən öncə Azərbaycanın Tacikistandakı səfiri, ondan öncə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












