Məhkəmə “Azərbaycan Dəmir Yolları”nın polkovnikinin əmlakına həbs qoyub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər vəsatətlə çıxış ediblər. Onlar təqsirləndirilən şəxsin oğlunun adına olan evə həbs qoyulmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib, Ə.Məhərrəmovun əmlakına həbs qoyulması barədə qərar çıxarılıb. Məhkəmənin növbəti iclası mayın 15-nə təyin edilib. Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib. Araşdırma zamanı məlum olub ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. O, həmin şəxslərin pullarını alıb, sonradan verdiyi vədə əməl etməyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












