Banner

Məhkəmə “Daqqılı” ləqəbli tiktokeri həbs etdi - YENİLƏNİB

Gündəm 20 Fevral 2023 16:44 Oxunub 1614
Məhkəmə “Daqqılı” ləqəbli tiktokeri həbs etdi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Daqqılı” ləqəbli bloger Ziliş Cəfərov bu gün məhkəmə qarşısına çıxarılıb. 

Lent.az xəbər verir ki, məhkəmənin qərarı ilə Ziliş Cəfərov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs cəzası alıb. 

13:54

“Daqqılı” ləqəbli bloqer Ziliş Cəfərovun saxlanılmasının səbəbləri açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “TikTok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.

Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh