Məhkəmə DİN-in sabiq polkovnikinin şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin sabiq polkovniki Eldar Salayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, məhkəmə E.Salayevin apellyasiya şikayətini təmin etməyib.
Qərara əsasən, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, E.Salayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müracət edib. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər. İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.
E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.
E.Salayev Daxili İşlər Nazirliyinin (DİN) sabiq polkovnikidir. Həmçinin o, Polis Akademiyasında müəllim işləyib.
SEPAH-ın region ölkələrinə niyə raket atır? – Politoloq səbəbləri AÇIQLADI
Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı - FOTOSESSİYA
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO










