Məhkəmədə dava düşdü: 2 polis yaralandı - Daşkəsəndə

Daşkəsən rayonunda məhkəmədə dava düşüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə hakim Tofiq Məmmədovun sədrliyi ilə Daşkəsən Rayon Məhkəməsində keçirilən hazırlıq iclası zamanı qeydə alınıb.
Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə mühakimə olunan Daşkəsən rayonu, Qazaxyolçular kənd sakini Bəhman Nuru oğlu Abbasov hakimin həbs qərarı ilə razılaşmayaraq məhkəmə işçilərinə təzyiq göstərib. Nəticədə onun məhkəmə salonundan çıxarılması üçün əlavə polis qüvvələri çağırılıb.
Ancaq B.Abbasov bu dəfə də Daşkəsən Rayon Polis Şöbəsinə getməmək üçün polislərlə əlbəyaxa olub. Ancaq polis əmakdaşları onu məhkəmə salonundan çıxarmağa və şöbəyə aparmağa nail olublar. Nəticədə 2 polis əməkdaşının xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












