Məhkəməyə “təcili yardım”la gətirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Ev dustaqlığında olan yataq xəstəsi Əbülfəz Bünyatov təcili tibbi yardım maşını ilə məhkəməyə gətirilib. O, zalda həkimlərin nəzarəti altında saxlanılıb. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Ə.Bünyatov bildirib ki, himayəsində 4 azyaşlı uşaq var. O, Odlar Yurdu Universitetinin "Hüquq" fakultəsini bitirdiyini, əvvəllər məkhumluq həyatı yaşadığını söyləyib.
E.İsgəndərov deyib ki, himayəsində 3 azyaşlı uşaq var.
Onun vəkili Fariz Namazlı vəsatət verərək müvəkilinin cinayət işinə xitam verilməsini, E.İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbiririnin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Ə.Bünyatovun vəkili isə deyib ki, müvəkkilinin səhhətində ciddi probellər olduğu üçün məhkəməyə gələ bilmir. Vəkil cinayət işinin ayrıca icraata ayrılması barəsə vəsatət verib.
Hakimlər kollegiyası vəsatətlər təmin edilmədiyini açıqlayıb.
Proses fevralın 13-də davam etdiriləcək.
E.İsgəndərov 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra saxlanılıb və 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.
E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nardaran qəsəbəsindəki əməliyyat zamanı qarşıdurma Ə.Bünyatovun evində baş verib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












