Məhşur boksçunun velosipedi oğurlandı

Məhəmməd Əlinin boksçu olmasına səbəb olan velosiped ABŞ-da oğurlanıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu haqda velosipedin saxlanıldığı Spoldinq Universitetinin "Twitter" səhifəsində bildirilib. Məlumata görə, Məhəmməd Əlinin boksçu olması birbaşa onun velosipedinin oğurlanması ilə bağlıdır. Kassius Marsellus Kley (Məhəmməd Əlinin əsl adı –red.) 12 yaşında olarkən onun velosipedini oğrayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir və ona boksla məşğul olmağı məsləhət görür. Artıq növbəti gün Kasius Martinin boks zalında məşq edirdi. Beləliklə, boksla məşğul olmağa başlayan Kley bir neçe ay ərzində artıq ştatlararası keçirilən məşhur "Qızıl Əlcək" turnirinin qalibi olur. O, peşəkar karyerası ərzində 61 döyüş keçirib, onlardan 56-da qələbə qazanıb. 2016-cı ilin iyununda həyatını itirən Məhəmməd Əli 1999-cu ildə "Əsrin idmançısı" titulu alıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












