Məktəbdəki insidentlə bağlı - RƏSMİ AÇIQLAMA

İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşanıb.
Məsələ ilə bağlı Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən Avtosfer.az-a bildirilib ki, hadisə ilə əlaqədar şagirdlərin təhsil aldığı sinfin rəhbərinə intizam tənbeh tədbiri tətbiq edilib.
“13 mart 2025-ci il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi tənəffüs zamanı digər sinif yoldaşının əlini zədələyib. Dərhal şagird sinif rəhbəri tərəfindən xəstəxanaya aparılıb və müvafiq tibbi yardım göstərilib. Sonrakı günlərdə hər iki şagird dərslərdə iştirak edib. Qeyd edirik ki, hadisədən sonra valideynlər məktəbə dəvət edilib, onlarla profilaktik söhbət aparılıb.
Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Baş verən hadisə ilə əlaqədar şagirdlərin təhsil aldığı sinfin rəhbərinə intizam tənbeh tədbiri tətbiq edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - məlumatda qeyd olunub.
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI












