Məktəbdəki tualet qalmaqalı böyüyür: əsl səbəb nədir? - VİDEO

İmişli rayon Aranlı orta məktəbinin sanitar qovşağı problemini videoya çəkib paylaşmaqla ölkə gündəmini zəbt edən Leyla müəllimənin ağlayaraq danışdığı bu videodan sonra müəllimə ilə bağlı daha bir məlumat yayıldı.
Bildirildi ki, müəllimə keçmiş direktorun gəlinidir və hazırkı direktorla yola getməyərək vəzifə davası aparır.
Bu məlumatlardan sonra APA TV yenidən müzakirəsi səngiməyən məktəbə üz tutub.
Sosial şəbəkələrdə geniş müzakirə olunan məktəbdə gərginlik səngimək üzrədir. Ancaq müəllim ona olunan təzyiqlərdən narazıdır və problemin bu qədər böyüməsinə səbəb olanların cəzalanmasını istəyir.
Müəllim ilə direktor arasında yaranan söz-söhbətin səbəbinə gəlincə isə, tək səbəb məktəbdə şagirdlər üçün sanitar qovşağın tikilməsinə nail olmaqdır.
Hazırda məktəbdə yeni sanitar qovşağı tikilir. Yaxın bir həftə ərzində şagirdlərin istifadəsinə veriləcək. Müəllimin təzyiqlərlə bağlı iddiasına gəlincə isə...
Məktəb direktoru Anar Ələkbərov müəllimə ilə aralarında direktorluq savaşı ilə bağlı yayılan məlumatlara da münasibət bildirdi.
Məsələ ilə bağlı Elm və Təhsil nazirliyinin əməkdaşları məktəbdə monitorinq keçiriblər.
Aranlı məktəbi 1972-cı ildə istifadəyə verilib. 231 şagird üçün nəzərdə tutulan məktəb 477 şagird təhsil alır. Hazırda tədirs iki növbəli sistem əsasında keçirilir.
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










