Məktəbdən oğurluq edən şəxs saxlanılıb - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Suraxanı rayonunda yerləşən orta məktəblərdən birində qeyri-aşkar şəraitdə baş verən oğurluq hadisənin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, məktəbin rəhbərliyi tərəfindən “102” Zəng Mərkəzinə məlumat verilərək bildirilib ki, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.
İlkin ifadəsi zamanı A.Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı noutbutlar, eləcə də digər əşyaları satdığını bildirib.
Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI


















