Məktəbin qarşısında 2-ci zolaqda maşın saxlayıb xanım sürücüyə mane oldular - VİDEO

Bakıda sürücülərin qanunazidd əməlləri şəhər ərazisində küçə və prospektlərdə sıxlığın yaranmasına gətririb çıxarır. Sürücülərin məsuliyyətsiz park etməsi nəqliyyatın hərəkətinə mane olur.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində nəqliyyat vasitələrinin hərəkəti elə sürücülər tərəfindən əngəllənir. Belə ki, İnşaatçılar prospektində 175 nömrəli məktəbin qarşısında 2-ci cərgədə saxlayan avtomobillər yol çiynində dayanan nəqliyyat vasitələrinə maneə yaradıb. Xüsusilə də yolun sol çiyinində park halında olan avtomobilin çıxışı mümkün olmur və sürücülər digər sürücünün gəlib avtomobili yerindən tərpətməsini gözləmək məcburiyyətində qalırlar. Bu isə gündəlik vaxt itkisinə, əsəb və gərginliyinə səbəb olur.
Vətəndaşlar bu vəziyyətin artıq uzun müddətdir davam etdiyini və bu barədə dəfələrlə şikayətlər bildirdiklərini qeyd edirlər. Təəssüf ki, hələ də heç bir nəticə əldə olunmayıb və sürücülər öz məsuliyyətsiz davranışlarını davam etdirirlər.
Bu barədə mütəxəssislər dəfələrlə bildirib ki, məktəblərin yaxınlığında valideynlər üçün əlverişli şərait yaradılmalı, məktəblər ətrafında zolaqların zəbt edilməsinin qarşısı alınmalıdır. Sürücülər aidiyyəti qurumlardan belə problemlləri nəzarətə götürmələrini və tez müddətdə həllini gözləyir.
Fidan
Bu şəxslər məsuliyyətə cəlb oluna bilər – 400 manat ...
Elektromobillərin batareya dillemması... - 7 milyon tonluq saatlı bomba
Bu ərazilərə yalnız avtobusların giriş-çıxışına icazə veriləcək - Tıxac probleminin qarşısı ...
Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür – VİDEO
Təcrübəli mexanik heç bir pul qarşılığında almayacağı üç avtomobili açıqladı
Avtomobildə siqaret çəkənlərin DİQQƏTİNƏ! - İnzibati məsuliyyət yarana bilər
Qışda Çin istehsalı olan avtomobillərdə nələrə diqqət yetirilməlidir? - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 1000 metrədək
Metroda yeni gediş haqqı – NECƏ ÖDƏNƏCƏK?
Xaricdən avtomobil alanların buraxdığı əsas səhvlər - Ən çox harada yanılırıq? - ARAŞDIRMA
"BakıKart" ləğv olunur? - AÇIQLAMA











