Məktəbin qarşısında bıçaqlanan şagirdin FOTOSU - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında XI sinif şagirdi Raul Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin önündə bıçaqlanaraq öldürülüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 17 yaşlı yeniyetmə naməlum şəxs tərəfindən qətl edilib.
Yaxınları Raulun hər hansı problemi və ya düşməninin olmadığını bildirib.
Onun özündən böyük bir qardaşı var.
***10:16
Gəncədə şagirdin məktəbin önündə bıçaqlanması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.
Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
***
09:55
Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib: "Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI
Zabrat‑Maştağa şossesindəki çuxur sürücüləri yarı yolda qoyur – ŞİKAYƏT - VİDEO
Nazir Niyaməddin Musayevin qızını işdən çıxardı
Hikmət Hacıyevin adından yayılan video saxtadır – RƏSMİ AÇIQLAMA
Bakının küçələri yenidən qurularkən nələr nəzərə alınmalıdır? - ARAŞDIRMA
Kəmaləddin Heydərovun işdən çıxardığı şəxs xanımının yaxın qohumu imiş - FAKTLAR
Aİ-92 markalı benzinin ixracına dair göstəricilər açıqlandı
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Qanunda hələ də boşluq var
Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…











