Məktəblilərin həyatı təhlükə altındadır: Qubadan ŞİKAYƏT

Quba rayonunda sürücülərin qayda pozması ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az-ın məlumatına görə Firuz Abiyev adlı oxucu bildirir ki, Quba rayon Nügədi kəndinin bir neçə yerində sürücülər kobud şəkildə qayda pozurlar. Bu səbəbdən də piyadaların və məktəblilərin həyatı təhlükə altında qalır: “Nügədi kənd 2 saylı orta məktəbin yolunda məktəblilər və valideynlər yolu keçə bilmirlər. Nizamlanmayan piyada keçidi olmasına baxmayaraq sürücülər keçiddə olan piyadalara yol vermirlər. Həmçinin “Macara” hotelinin yaxınlığında sürücülər sürətlə sürürlər. Qeyd etdiyim yerlərdə kamera və radarlar olmadığı üçün və yol polisləri həmin ərazidə xidmət aparmadıqları üçün sürücülər məsuliyyətsizlik edərək insanların həyatına təhlükə yaradırlar. Sakinlər adından xahiş edirik ki, aidiyyəti qurumlar həmin ərazilərə kamera qoyub sürücüləri məsuliyyət etsinlər” – deyə oxucu bildirib.
Fərid
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası










