Məmur oğlu da cəbhədə şəhid olub - FOTOLAR

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyran Axundovanın oğlu Əbdülməcid Axundov сəbhə xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, şəhidin Sumqayıtda dəfn mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cı ildə anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Qeyd edək ki, Ə. Axundov 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Texniki Universitetinin məzunu olan Ə.Axundovun xidməti başa vurmasına 3 ay qalıbmış.





İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












