Məmur sərxoş halda qəza törətdi, vurduğu sürücü öldü - Yaralılar var

Tərtər rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub. Avtosfer.az xəbər verir ki, hadisə zamanı "Kia" markalı avtomobilin sürücüsü Elşad Quluyev ölüb.
Qeyd edək ki, "Kia" ilə toqquşmuş "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovdur. Hadisə zamanı daha iki nəfər - 1971-ci il təvəllüdlü Quluyev Məhərrəm Ağamoğlan oğlu və 1980-ci il təvəllüdlü Sarıyev Elnur Asdan oğlu xəsarət alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyətinin ağır olduğu bildirilir.
***22:58
Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun giriş hissəsində qeydə alınıb. Belə ki, "Toyota Land Cruiser" markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Kia"nın sürücüsü ölüb. Qəza zamanı habelə "Kia" avtomobilinin daha iki sərnişini də ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












