Məmura rüşvət verən tutuldu

Rusiyada dövlət işçisinə rüşvət verən azərbaycanlı tutulub. Avtosfer.az anspress-ə istinadən bildirir ki, Lipetsk şəhərində saxlanan şəxs barəsində cinayət işi qaldırılıb. Polis əməkdaşları onun vəzifəli şəxsə rüşvət verməsindən şübhələnirlər.
İstintaqın məlumatına görə, mayın 23-də Regional İdarənin əməkdaşları bazarlarda keçirilən reyd zamanı müəyyən ediblər ki, azərbaycanlı kişi lazımi sənədləri olmadan küçədə meyvə-tərəvəz alveri edir. Həmin gün bu qanunsuz əməli aşkarlayan qurum əməkdaşları onun məhsullarını müsadirə ediblər. Azərbaycanlı isə idarəyə gələrək oranın rəis müavininə 15 min rubl (355 manat) məbləğində rüşvət verib. Rəis müavini isə bu barədə dərhal polisə məlumat verib və həmin şəxs polis tərəfindən saxlanılıb. Tutulan azərbaycanlı ilkin dindirilmə zamanı günahını etiraf edib. Hazırda məsələ ilə bağlı araşdırma davam edir. Tutulan şəxsi 5 ildən 10 ilədək həbs cəzası və verdiyi rüşvət məbləğinin 80 mislinə qədər (28 min 400 manat) cərimə gözləyir.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










