Məmurun qohumu qəzaya düşdü - Biznesmenin qızı ilə birgə öldü - FOTO

İsveçrədə tanınmış rusiyalı biznesmen Platon Lebedovun 19 yaşlı qızı azərbaycanlı ilə birgə ağır yol qəzasında həlak olub. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət etdiyi ehtimal edilən BMW markalı avtomobil körpüdən gölə aşıb. Qəzada ölən sürücü isə Diananın dostu olaraq təqdim edilən azərbaycanlı 23 yaşlı Azər Yaqubov olub. Şahidlər olmadığı üçün batan avtomobili tapmaq üçün bir neçə saat vaxt sərf edilib.

Rusiya mətbuatı A.Yaqubovun Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlınskinin yaxın qohumu olduğunu yazır. Qeyd edilir ki, S.Şıxlinski bu yaxınlarda “Vətənə xidmət” ordeni ilə təltif edilib.
Qəzada həlak olan sürücü Yaqubovun İsveçrədə Amerika məktəbində magistr təhsili aldığı qeyd edilir.
Hazırda meyitin təsdiqlənməsi üçün Yaqubovun qohumları İsveçrədədirlər.
A.Yaqubovun atası isə açıqlama verərək oğlu ilə sonuncu dəfə ölümündən bir gün əvvəl danışdığını deyib. Atasının sözlərinə görə, oğlu heç vaxt spirtli içkidən istifadə etməyib.





Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














