"Mən taksi kimi getmişəm, heç nədən xəbərim olmayıb" - FOTO

Paytaxtda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, Bakı şəhər sakinləri, 22 yaşlı Tamerlan Məmmədov, 20 yaşlı Zöhrab Məmmədov və Beyləqan rayon sakini 23 yaşlı Qarakişi Əliyev saxlanılıblar. Müəyyən edilib ki, onlar yanvarın 10-na keçən gecə, 33 nömrəli poçtun pəncərəsinin dəmir barmaqlığını sındırıblar və oradan içərisində 110 manat, 200 ABŞ dolları və poçt markaları olan seyf oğurlayıblar.
Bundan əlavə 3 saylı poçtun 123 saylı filialından müxtəlif regionlardan gəlmiş, vətəndaşlara məxsus 100 ədəd bağlama oğurlayıblar.
Yanvarın 15-nə keçən gecə, Aşıq Ələsgər küçəsində Müşfiq Hüseynova məxsus mağazadan isə qapını sındırmaqla 800 manat və 10.500 manat dəyərində tütün məmulatları aparıblar.
Saxlanılan şəxs: "İki nəfər olmuşuq. Birinci poçtdan, seyfdən 200 dollar götürdük, o biri poçtdan heç nə çıxmadı. Marketdən də 25 blok siqaret aparmışıq".
Saxlanılan şəxs: "Hara gediblər, nə ediblər, xəbərim olmayıb. Mən yanlarında taksi kimi getmişəm. Mənə 40 manata pul veriblər.
Faktla bağlı cinayət işi başlanıb.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










