Meneceri güllələyən sürücüyə hökm oxundu – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elşən Bəşirovun (1989-cu il) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.az-ın məlumatına görə, ötən il yanvarın 7-də metronun “Xətai” stansiyasının yanında, “Demirchi Plaza” MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə sürücü işləyən Elşən Bəşirov münaqişə zəmnində odlu silahdan atəş açaraq satış üzrə menecer - Masallı rayon sakini Əli Ağalını qətlə yetirib.
Hadisədən sonra Bəşirov Xətai RPİ 37-ci polis bölməsinə könüllü təslim olub, ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.
İstintaqın gedişatında məlum olub ki, qətldən bir gün əvvəl Elşən Bəşirovla Əli Ağalı arasında mübahisə yaranıb. Narazılıq hər iki şəxs şirkətə məxsus avtomobillə Hava Limanına gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib.
Özündən dörd yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən Bəşirov səhərisi gün özünə məxsus olan ov tüfəngini götürüb iş yerinə gəlib. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı zərərçəkən hadisə yerindəcə keçinib. Məhkəmənin hökmü ilə E.Bəşirov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












