"Mercedes"dən iylənmiş ət çıxdı - FOTOLAR

Avqustun 23-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Masallı Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin əməkdaşları məlumat əsasında birgə reyd keçiriblər. DBNX-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı Masallı rayon Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi 44BR280 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtomobilin arxa oturacağında və yük yeridə 400 kq-a yaxın üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən heyvan cəmdəyi aşkar edilib. Araşdırma zamanı ətin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi müəyyən edilib. Masallı rayonu Səmədxanlı kənd sakini Rəşad Səmədov heyvanların ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.
Bildirək ki, aşkarlanmış heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək baytarlıq laboratoriyasına göndərilib. Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq Masallı rayonu Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi 44BR280 dövlət nömrə nişanlı avtomobildə aşkarlanmış heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Masallı rayonu ərazisində olan məişət tullantıları poliqonunda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin nəzərinə çatdırır ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
Fidan
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO













