“Mercedes”in “zapaz” təkərinin altından 6 kilo narkotik çıxdı

Ötən gün Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə 6 kiloqrama yaxın narkotik vasitə götürülüb. Əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşları rayonun Muğanlı kəndi ərazisində “Mercedes” markalı avtomobili saxlayıblar. Baxış zamanı baqajda ehtiyat təkərinin altında içərisində narkotik vasitə olan bağlama aşkar edilərək maddi sübut kimi götürülüb. Avtomobili idarə edən sürücü və sərnişini şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırmalarla sürücünün Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Rauf Abbasov, sərnişinin isə Bakı şəhər sakini Cövdət Bayramov olduğu müəyyən edilib. Ekspertiza bağlamada olan narkovasitənin 5 kiloqram 720 qramının tiryək, 40,538 qramının isə heroin olduğu barədə rəy verib. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












