"Mercedes"lə "Niva" toqquşdu - Baş həkim öldü

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var. Hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini Gədəbəy rayon sakini 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Bundan başqa “Niva”nın sürücüsü Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Şirinov Rauf Zahid oğlu, həmçinin “Mercedes”də olan 3 nəfər - Şəmkir rayon sakinləri 1992-ci il təvəllüdlü Əsgərzadə Samir Fizuli oğlu, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu və 1984-cü il təvəllüdlü Gədəbəy rayon sakini Həsənov Ceyhun Cavad oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin – orta ağır, bir nəfərin isə normal qiymətləndirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.
APA
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












