Mərdəkən yollarının bağlanma səbəbi açıqlandı

Mərdəkanda bir neçə gündür ki, yolların bağlanmasının səbəbi açıqlanıb. Bununla bağlı Cebhe.info-ya danışan “Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli həmin ərazidə təmir işlərinin görüldüyünü söylədi: “Mərdəkan dairəsindən Şüvəlan istiqaməti üzrə yollarda orta təmir işləri görülür. Yolların həmin istiqamətinə olan nasazlıqları səbəbi ilə hərəkətdə maneələr yaranır. Ona görə də həmin ərazidə təmir işləri görülür. Yol kənarında səkilər yenidən təmir edilir. Kanalizasiya xətləri yenilənir, yer altından keçən digər su xətləri təmir edilir. Ona görə də müvəqqəti narahatlıqlar var. Yaxın zamanda narahatlıq aradan qaldırılacaq və sakinlərin istifadəsinə veriləcək. O ki qaldı hərəkətdə gecikmələrin olmasına, biz bunları da maksimum diqqətimizdə saxlamışıq ki, gecikmələr olmasın. Müəyyən saatlarda yollar bağlanılır, işlər görülür sonra yenidən hərəkət bərpa edilir”.
Qeyd edək ki, Mərdəkan istiqamətində yolların bir neçə gündür ki, qismən bağlanması nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Alternativ ara yollarının dar olması Mərdəkandan şəhər istiqamətində gedən avtobusların hərəkətini məhdudlaşdırıb və gecikmələrə səbəb olub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












