Meriya və polis binasından silah və bankomatlar oğurlandı

Meksikanın paytaxtı Mexiko yaxınlığında yerləşən kiçik Nopaltepek şəhərinin meriya və polis komendaturasına basqın olub. Canilər orada olan iki bankomat və silahları özləri ilə aparıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, silahlar şəhər administrasiyası binasının birinci mərtəbəsində yerləşən polis komendaturasının otaqlarında olub. MVT portalının məlumatına görə, 20 nəfərdən ibarət quldur dəstəsi səhər tezdən binaya girərək orada olan iki mühafizəçini və bir xilasedicini döyüblər və daha sonra qarət ilə məşğul olmağa başlayıblar. Yekunda quldurlar 11 silah və iki bankomatı özləri ilə götürərək hadisə yerindən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat nəticəsində hələ ki, heç kimi tutmaq mümkün olmayıb.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










