Mərkəzdə antisanitar vəziyyət hökm sürür: Sakinlər narahatdır - VİDEO

İsmayıllı rayonu, Heydər Əliyev prospektindən keçən beton kanala axıdılan çirkab suları yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumata görə, sakinlər deyirlər ki, 10 il əvvəl İsmayıllı rayonunda abadlıq- quruculuq işləri aparan zaman sözügedən betonkanal rayonu iki hisəyə bölüb və bəndin üzəri bərkidilib. Məhz bundan sonra burada iaşə obyektləri fəaliyyətə başlayıb. Elə bütün hadisələr də bundan sonra baş verib. Sakinlər bildirirlər ki, ərazidə üfunət hər gün daha da artır, bu isə onları çıxılmaz vəziyyətə salır. Problemlə bağlı etdikləri müraciətin isə nəticəsi olmayıb.
Məsələ ilə bağlı İsmayıllı Suvarma Sistemləri İdarəsindən bildirilib ki, sözügedən beton kanal idarənin balansında deyil. Buna baxmayaraq, həmin ərazi dəfələrlə təmizlənib. İsmayıllı su kanal sahəsindən isə bildirilib ki, həmin kanal qurumun balansında olmadığı üçün məsələ aidiyyəti orqanlara yönəldilib. Problemlə bağlı qısa müddətdə müvafiq tədbirlər görüləcək.
Ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










