Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var

Mərkəzi Bank "Resurs İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) yenidən cərimələyib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, şirkət barəsində 19 yanvar 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, "Resurs İnşaat" MMC 2023-cü il tarixində Azərbaycandan 156750 min ABŞ dollarını kənara qabaqcadan ödəniş etməklə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 156750.00 dollar hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs MMC nümayəndəsinə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iclasa gəlməyib. Məhkəmənin hökmü ilə "Resurs İnşaat" MMC 31350.00 dollar məbləğində inzibati cərimə edilib.
Qeyd edək ki, ötən il də Mərkəzi Bank tərəfindən sözügedən şirkət 105954,64 ABŞ dollarının 20 faizi, yəni 21190,928 ABŞ dolları məbləğində cərimə olunmuşdu.
Onu da bildirək ki, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Qarayev Elməddin Nazim oğlu olan "Resurs İnşaat" MMC-nin hazırda Dövlət Vergi Xidmətinə 622013.27 manat vergi borcu var.
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu açıqladı
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL










