Mərkəzi prospektlərin birində tıxac aradan qaldırılır? – AYNA-dan AÇIQLAMA - VİDEO

Paytaxtın bir çox yollarında olduğu kimi, Xətai prospektində də hər gün sıxlıq müşahidə olunur. Xüsusilə pik saatlarda avtomobillərin hərəkəti dayanır. Avtomobillərin sonu görünməyən növbəsi metronun "28 May" stansiyasına qədər uzanır. Sürücülər vaxt itirir, piyadalar isə yolun xaotik vəziyyəti ilə üzləşirlər. Mütəxəssislər bildirirlər ki, kəsişmə nöqtələrində hərəkət axınını rahatlaşdırmaq üçün xüsusi mühəndis həlləri tətbiq olunmalıdır. Elməddin Muradlının sözlərinə görə, Koroğlu Rəhimov və Xətai prospektlərinin birləşdiyi ərazidə üstünlük Koroğlu Rəhimov küçəsinə verildiyindən Xətai prospektində sıxlıq yaranır. Zolaqların artırılması təkbaşına problemi həll etməyəcək. Mütəxəssislər qeyd edirlər ki, prospektdə tıxaclar xətlənmə işləri həyata keçirilmədiyi üçün yaranır. Parklanma yerləri təşkil olunandan sonra sıxlıq azalacaq və hərəkət daha rahat olacaq, amma piyadalar və obyektlərin maraqları qorunmalıdır. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda yolla bağlı xüsusi optimallaşdırma planları hazırlanır. Bundan başqa, dövlət proqramı və yerli layihələr çərçivəsində paytaxtın bir neçə ərazisini birləşdirən yeni nəqliyyat xətləri istifadəyə veriləcək.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO










