Məsciddə qayda pozanlarla polislər arasında insident yaşandı – Gəncədə

Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərindəki “İmamzadə” Ziyarətgah Kompleksinə gələcək vətəndaşların təhlükəsizliyini və eləcə də onlarınməscidə maneəsiz giriş-çıxışını, rahat şəraitdə öz dini ayinlərini yerinə yetirmələrini təmin etməkməqsədilə şəhər axundunun təklifi və razılığına, eləcə də şəhərin Baş Polis İdarəsində əvvəlcədən hazırlanmış “Tədbirlər Planı”na uyğun olaraq əlverişli hərəkət marşurutları müəyyən edilib, qadın və kişilərin fərqli girişlərdən istifadə etməklə ayrı-ayrılıqda ibadət etmələri qərara alınıb. Gəncə şəhər Baş Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, bu barədə ərazidə xidmət aparan polis əməkdaşları da təlimatlandırılıb. Mərasimlə əlaqədar məscidə gələn insanlar tətbiq edilən qaydalara tam uyğun olaraq orada öz dini ayinlərini icra ediblər. Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların coxluğundan əsəbiləşən bir qrup, nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstərib. Nəticədə insanların hərəkəti qısa müddətli olsa da çətinləşib, xüsusən qadınlar üçün ayırılmış giriş-çıxışlarda çətinlik yaranıb.
Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilib, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra ediblər. Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.
Elmin
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










