Məşhur futbolçunun maşınından oğurluq edənlər saxlanılıb - VİDEO

Masazır qəsəbəsinin 8 sakini Abşeron Rayon Polis İdarəsinə müraciət edərək onlara məxsus avtomobillərin şüşələri sındırılaraq içərisindən oğurluq edildiyini bildirib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində rayon sakini 22 yaşlı Cəlil Quliyev və onun həmyaşıdı olan xalası oğlu, Bakı sakini Vüsal Hüseynov saxlanılıb. Şəxslər istintaqa ifadələrində bildiriblər ki, əməllərini əsasən sutkanın qaranlıq vaxtlarında törədiblər. Cəlil Quliyev - Saxlanılan şəxs: "Bir yerdə zəngləşib görüşdük. 8 maşının şüşəsini qırdıq. Maşınlara əsasən gecə saatlarında yaxınlaşırdıq. Daşlar şüşəni qırıb, əşyaları götürürdük". Saxlanılan Vüsal Hüseynovun sözlərinə görə, əsas məqsədləri də avtomobillərdən pul oğurlamaq olub. Elə buna görə də, bahalı maşınları hədəf seçiblər. Vüsal Hüseynov - Saxlanılan şəxs: "Zəngləşib, "Qurtuluş"a düşdük. Maşınların şüşəsini daşla qırdıq. Pul ya əşya çıxdıqca götürdük. Baxırdıq maşınlara, bahalı maşınlara girirdik". Xala oğullarının əməlindən ziyan görənlər arasında futbol üzrə Azərbaycan milli komandası və “Neftçi” klubunun üzvü Rəhman Hacıyev də var. Faktlarla əlaqədar başlanan cinayət işlərinin istintaqı davam edir.
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










