Məşhur müğənnidən həyat yoldaşına 100 minlik maşın hədiyyə

Azərbaycanda da kifayət qədər məşhur olan və sevilən türkiyəli müğənni Sərdar Ortac ayrıldığı iddia edilən həyat yoldaşına sürpriz edib. Avtosfer.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ifaçı gənc həyat yoldaşı Xloe Loughnana bahalı maşın bağışlayıb. Maşının qiyməti isə nə az, nə çox düz 100 min avrodur. Maşın 2009-cu il istehsalı olan "Mercedes Benz SL 280"dır. İdman stilində olan maşın boz rəngdədir. Cütlük bu hədiyyəni birlikdə şam edərək qeyd edib.
Onlar restoranda əylənərkən paparatsilərin hədəfinə tuş gəliblər. Ortac ayrılıq barədə iddiaları da təkzib edib. O, model olan həyat yoldaşını çox sevdiyini deyib.
Bir neçə gün öncə ABŞ-da çəkilişlərə qatılan modelin döyülmə xəbəri yayılmışdı. İrlandiyalı modelin gecə klubunda döyüldüyü iddia edilirdi. İddiaya görə, ifaçının həyat yoldaşına klubda sərxoş olan idmançılardan biri sataşıb. Model idmançını itələyərək yerə yıxıb. Dərhal yerindən qalxan idmançı gözəl modelə yumruq atıb.
Bu zaman ifaçının xanımı aldığı zərbədən yerə yıxılıb. O, döyülməsini gizlətmək üçün Sərdar Ortaca yalan danışaraq bildirib ki, səkidən yıxılıb. Ortac bu xəbərə də reaksiya verib və "yayılan xəbərlər yalandır, pilləkəndən yıxılıb" deyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












