Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış

Harvard Tibb Məktəbinin alimləri məşhur sənətçilərin musiqi albomlarının işıq üzü görməsi ilə ABŞ yollarında baş verən yol-nəqliyyat hadisələrinin sayının artması arasında qanunauyğunluq aşkar ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" qəzeti məlumat yayıb.
"Hadisələrə dair məlumatların təhlili vasitəsilə müəyyən etdik ki, əhəmiyyətli musiqi albomlarının çıxdığı günlərdə musiqilərin striminq platformalarında dinlənilməsi (smartfonlardan istifadənin göstəricisi) təxminən 40% artır. Həmin günlərdə ABŞ-də yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının sayı da təqribən 15% çoxalır", - deyə tədqiqatda qeyd olunur.
Alimlər bir neçə populyar ifaçının albomlarının dinlənilmə sayını öyrənərək onları ABŞ yollarında ölümcül qəzaların statistikası ilə müqayisə ediblər.
Nəticədə məlum olub ki, amerikalı pop-müğənni Teylor Svift, kanadalı repçi Dreyk, ABŞ-dən olan rep ifaçıları Kendrik Lamar və Kanye Uest, həmçinin britaniyalı müğənni və aktyor Harri Staylsın yeni albomlarının təqdim edildiyi günlərdə sürücülərin diqqəti yüksək səslə dinlənilən musiqi səbəbindən daha çox yayınır və onlar qəzalara düşürlər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, bu cür statistika yol hərəkəti qaydalarının pozulması ilə birbaşa əlaqəlidir. Bu isə albomların buraxılması ilə deyil, sükan arxasında olarkən yola diqqət yetirməyən, bütün diqqətini musiqi dinləməyə və ya smartfona yönəldən insanların günahı ucbatından baş verir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












