Məşhur qəhrəmanın qardaşı oğlu ağır qəzaya düşdü - 2 nəfər öldü

Ağcabədi rayonunda iki “VAZ” markalı avtomobil toqquşub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Boyat kəndində baş verib. Hadisə nəticəsində Boyat kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Şamil Ramiz oğlu və 1997-ci il təvvəllüdlü Ağdam rayonu, Mahrızlı kənd sakini Məmmədov Rahib Sahib oğlu xəsarət alıb. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağırdır. Qəza nəticəsində həyatını itirən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Rayonun Boyad kəndində baş verən qəzada Rahib Məmmədovun idarə etdiyi “VAZ-21011” markal, 59 BB 191 nömrə nişanlı maşında olan sərnişin Məmmədov Şamo Qulu oğlu ölüb. R.Məmmədovun idarə etdiyi avtomobil Şamil Mirzəyevin idarə etdiyi “VAZ 2107” markalı 90 XZ 185 qeydiyyat nişanlı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən hər iki sürücünün vəziyyəti orta ağırdır.
Qeyd edək ki, qəzada yaralanan sürücü Məmmədov Rahib Sahib oğlu azərbaycanlı əsgər, “Qırmızı Ulduz” ordeni laureatı Rahib Məmmədovun qardaşı oğludur və onun adını daşıyır. 20 yaşlı Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.
***
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Ağcabədidə baş verən yol qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Rayonun Boyad kəndində baş verən qəzada yaralanan sürücü, 38 yaşlı Şamil Mirzəyev xəstəxanada vəfat edib. Digər sürücü, 20 yaşlı Rahib Məmmədov isə komaya düşüb.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










