Məşhur şirkət rəhbəri reket jurnalistlərlə bağlı - DTX-yə müraciət etdi

“Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov 2014-cü ildə bahalı avtomobillə Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabiti Eldar Məmmədovu öldürməsi və barəsində səsləndirilən digər ittihamlara cavab verib. Avtosfer.az xəbər verir ki, F.Seyidov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, bir sıra KİV-lərdə onlara qarşı qərəzli və yalan məlumatlar dərc olunur: “Çox təəssüf ki, son günlər bəzi elektron KİV-lərdə sifariş əsasında mənə qarşı qarayaxma kampaniyası aparılır. Kimlərsə məqsədli şəkildə haqqımızda yalan informasiyaları yenidən tirajlayaraq, mənfi imic yaratmağa çalışırlar. 2014-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsini bu gün gündəmə gətirən sifarişçi və icraçı dəstə barədə məlumatımız var. Həmin şəxslər yerli KİV-lərlə əlaqələri vasitəsilə pul müqabilində bu hadisəni gündəmdə saxlamağa çalışırlar. İndi gündəmə gətirilən bu yazı 2015-2016-cı illərdə “reket jurnalistikası” ilə məşğul olmuş “Gündəlik Bakı” qəzetinin hazırda həbsdə olan baş redaktoru Habil Vəliyevin yazılarıdır. Reketliklə məşğul olan həmin şəxslər barədə ölçü götürülməsi üçün artıq Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciət ediləcək”.
F.Seyidov doğru və qərəzsiz yazılar yazan jurnalistlərə də təşəkkür edib: “Fürsətdən istifadə edib jurnalist adını şərəflə daşıyan şəxslərə və bu qarayaxma kampaniyasında iştirak etməkdən imtina edən KİV-lərə təşəkkür edirəm”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












