Mətbuatı dovşana bənzədən İlhaməyə cavab - “Kol dibində nə gəzirdin ki?..”

Teleaparıcı İlhamə Bədəlova dünən idarə etdiyi “AA” dövlət nömrə nişanlı ağ “Gelandewagen”i çəkən və ictimailləşdirən mətbuat nümayəndələrinə, guya, öz aləmində reaksiya verib. Onları kol dibindən boylanan dovşana bənzədib. “Qafqazinfo” həm sözügedən xəbəri, həm də bu xəbərə aparıcının reaksiyasını dərc etdiyi üçün Bədəlova haqqında bir neçə məqamı qeyd etməyi zəruri sayır.
Məlumat üçün bildirək ki, İlhamə Bədəlova Azərbaycanda hansı televiziyaların efirində görünübsə, oradan mətbuata qarşı həmişə aqressiyası ilə fərqlənib. Bu günə qədər aparıcılıq etdiyi heç bir verilişlə diqqət mərkəzinə düşməyi bacarmayan bu qız, yalnız və yalnız media üçün hansısa bahalı maşının və ya kişinin yanında maraqlı görünüb... Yəni, qadın özü ayrıca bir obraz kimi maraqlı deyil. Yalnız bahalı maşının yanında görünəndə təəccüb doğurur. Hələ bu avtomobilin və nömrənin kimə məxsus olduğunu öyrənmək üçün kiçik bir araşdırma aparsaq, ortaya nələr çıxacaq? bu isə ayrı bir yazının mövzusudur.
İki dəfə hansısa duzsuz verilişin efirinə çıxandan sonra özünü məşhur, tanınmış biri sayan İlhamə Bədəlova gah türkiyəli, gah da azərbaycanlı sevgililəri ilə mətbuatda yayılan fotolarını sildirmək üçün üz tutmadığı qapı qalmır. Buna nail ola bilməyəndə isə mediaya aqressiya nümayiş etdirir. Əslində nə bu mövzu şişirdilməli, nə də aparıcıya yazı həsr olunmalıdır...
Adamı kol dibində dovşana bənzədənə qayıdıb deyərlər ki, başını soxmusan kola, qalan yerindən xəbərin yoxdur. Sadəcə, bir qızcığaz bahalı nömrəli lüks avtomobildə diqqət çəkib. Əgər bu İlhamə Bədəlovadırsa, onda maraq təbii qarşılanmalıdır. Çünki həqiqətən də ortada tərs mütənasiblik var...



Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR








