Metro istifadəçilərinə şad xəbər

IV İslam Oyunlarının açılış mərasimi ilə bağlı Bakı Metropoliteni QSC-də xüsusi hazırlıq tədbirləri görülüb. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, ”Bakı-2015 Avropa Oyunları ilə müqayisədə bu aksiya daha geniş miqyasda və daha çox stansiyada təbliğ edilir. Yarışların keçiriləcəyi arenaların yaxınlığında yerləşən stansiyalarda sərnişinlərin, xüsusən də əcnəbilərin səmti asanlıqla müəyyən etməsi üçün Azərbaycan və ingilis dillərində məlumat lövhələri yerləşdirilib. Metropoliten açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlər gecə saat 2-yə, qalan günlər isə saat 1-ə qədər sərnişinləri mənzil başına çatdıracaq. Sərnişin axınından asılı olaraq, bu qrafik uzadıla da bilər. Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış və bağlanış mərasimləri, həmçinin yarış günlərində sərnişin axınının mümkün istiqamətləri təhlil edilərək, qatarların Metropolitendə xüsusi hərəkət qrafiki hazırlanıb”, - məlumatda bildirilir. Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionuna gələn tamaşaçılar mərasim bitdikdən sonra “Koroğlu” metro stansiyasına pulsuz daxil olacaqlar. Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış, 22 mayda isə bağlanış mərasimi keçiriləcək.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










