Metro istifadəçilərinin diqqətinə: Bu stansiyalarda konsert olacaq – SİYAHI

“Bakı Metropoliteni” QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.
Konsert proqramı aşağıda göstərilən stansiyalarda və vaxtlarda olacaq:
- “İçərişəhər” stansiyası - saat 12:00-13:30;
- “28 May” stansiyası - saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası - saat 14:00-15:30;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) - saat 15:00-16:30.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












