Metro istifadəçilərinin nəzərinə

Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının giriş və çıxış yeri dəyişdirili.
Avtosfer.az xəbər verir ki, bunu trend-ə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik stansiyada sərnişinlərin hərəkətini nizamlamaq məqsədilə edilib. “Bənövşəyi xətt”in ilk iki stansiyası olan “Memar Əcəmi-2” və “Avtovağzal” metro stansiyaları istismara verildikdən sonra “Memar Əcəmi” ilə birlikdə bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün bu gündən "Memar Əcəmi"nin giriş və çıxış yeri dəyişdirilib. Qeyd edək ki, “Memar Əcəmi” metro stansiyası açılacaq iki yeni stansiya üçün keçid olacaq. “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyalarının açılışı 2016-cı ilin birinci yarısında nəzərdə tutulub.
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA










